Azərbaycanlı hakimlər Çempionlar Liqası oyununu idarə edəcək

12:29 22 Avqust 2022

Futzal üzrə UEFA Çempionlar Liqasının ilkin seçmə mərhələsinin oyunlarına təyinatlar açıqlanıb.

Sportarena.az AFFA-nın saytına istinadən xəbər verir ki, FIFA referisi Hikmət Qafarlı avqustun 24-dən 29-dək İsveçrənin Bern şəhərində keçiriləcək “Futsal Minerva” (İsveçrə), “KMF Loznica-Grad 2018” (Serbiya), “Vesteralen” (Norveç) və “S.S. Folgore” (San-Marino) komandalarının yer aldığı D qrupunun oyunlarını idarə edəcək.

​Futzal üzrə FIFA referisi Knyaz Əmiraslanov isə ilkin seçmə mərhələnin F qrupunda keçiriləcək oyunlara təyinat alıb. “Stuttgarter Futsal Club 2020” (Almaniya), “Georgians” (Gürcüstan), “Örebro SK Futsalklubb” (İsveç) və “İstanbul Şişli SK” (Beşiktaş) komandalarının mübarizə aparacağı bu qrupun oyunları avqustun 23-dən 28-dək Türkiyədə təşkil ediləcək. 


Xəbər xətti