"Real"dan "Mançester Yunayted"ə transfer olunan Kazemironun Madrid təmsilçisi ilə vida mərasimi keçirilib.
30 yaşlı yarımmüdafiəçi tədbir zamanı göz yaşlarını saxlaya bilməyib və bu sözləri deyib:
“Burada inanılmaz dərəcədə möhtəşəm zaman keçirdim. Qazandığımız son Çempionlar Liqası kubokunun xatirələri ilə ayrılıram. Luka Modriç və Toni Kroosla futboldan hədsiz həzz alırdım. Bunu açıq şəkildə bildirmək istəyirəm ki, bir gün yenidən azarkeşlərin sevgisini görmək, bu klubda oynamaq üçün qayıdacağam. "Real"da öyrəndiklərim mənə “Mançester Yunayted” kimi böyük klubda oynamaq üçün güc verir. Klub prezidentinə təşəkkür edirəm. Bu klub sizinlə irəlidə də qalib gəlməyə davam edəcək və parlaq gələcəyi olacaq".
Qeyd edək ki, Kazemiro 2013-cü ildən "Real"da oynayırdı.