Əfsanəvi boksçu Məhəmməd Əlinin nəvəsi Əli Niko Əli Uolş ardıcıl 6-cı döyüşündə qalib gəlib.
22 yaşlı amerikalı boksçu həmyerlisi Reyes Samçeslə üz-üzə gəlib. Uolş 2-ci raundda rəqibini nokauta salıb.
Əli Uolş peşəkar rinqdə təqribən bir il əvvəl babasının məşhurlaşdığı ağ "Everlast" şortları ilə debüt edib. O, indiyədək 6 döyüş keçirib və bunlardan 5-ində nokautla qalib gəlib.