18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının avqustun 23-dən 31-dək Bakıda təlim-məşq toplanışı olacaq.
Sportarena.az AFFA-nın saytına istinadən xəbər verir ki, millimiz hazırlıq çərçivəsində avqustun 27-də və 30-da türkiyəli yaşıdları ilə iki yoldaşlıq oyunu keçirəcək.
Millimizin heyətinə aşağıda adları qeyd olunan futbolçular çağırılıb:
Xəyal Fərzullayev ("Sumqayıt"), Vaqif Malik Yeganov, Musa Məmmədov, İbrahim Ağayarov (hamısı "Qarabağ"), Emil Həbibov, Həmzəalı Mikayılov, Fəxri Məmmədli (hamısı "Sabah"), Murad Musayev, Eşqin Əhmədov, Ağabəkir Həşimli, Sənan Ağalarov, Samir Ağayev, Şahin Şahniyarov (hamısı "Qəbələ"), Ömər Qurbanov, Aqil Əzimzadə, Nihad Əliyev, Aslan Şirinov, Lətif Rzayev (hamısı "Neftçi"), Ayxan Bədizadə, Hacıəli Şirəliyev, Adəm Topalov, İftixar İbrahimov, Ramil Nurəhmədov, Amin Qarayev (hamısı "Səbail"), Murad Ələkbərov, Ramiz Muradov (hər ikisi "Zirə"), Sadiq Şəfiyev ("Turan Tovuz"), Edqar Ədilxanov ("Şamaxı")