İngiltərə Premyer Liqasında 3-cü tura yekun vurulub. Sportarena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.
“Mançester Yunayted” doğma meydanda “Liverpul”la üz-üzə gəlib. Üç qolun qeydə alındığı oyunda meydan sahibləri qələbə qazanıblar - 2:1.
3 turdan sonra itkisiz irəliləyən yeganə komanda – “Arsenal” 9 xalla zirvədə qərarlaşıb. “Mançester Siti”, “Tottenhem”, “Lids” və “Brayton”un isə 7 xalı var. “Çelsi” 4 xalla 12-ci, “Mançester Yunayted” 3 xalla 14-cü”, 2 xalı olan “Liverpul” isə 16-cıdır.