İtaliya çempionatı: "Roma" minimal hesabla qalib gəldi, "Yuventus" səfərdə xal itirdi

02:23 23 Avqust 2022

İtaliya A Seriyasında 2-ci tura yekun vurulub. Sportarena.az xəbər verir ki, sonuncu oyun günüdə 2 qarşılaşma baş tutub.

“Roma” doğma meydanda qarşılaşdığı “Kremoneze” ilə oyundan minial hesabla qalib ayrılıb. Səfərdə “Sampdoriya” ilə üz-üzə gələn “Yuventus” isə meydanı 1 xalla tərk edib - 0:0.

2 turdan sonra “Napoli”, “İnter” və “Roma” itkisiz irəliləyir. Bu komandalar 6 xalla ilk 3 pilləni bölüşür. “Yuventus”, “Milan”, “Atalanta” və “Fiorentina”nın isə 3 xalı var. 


Xəbər xətti