PSJ-nin hücumçusu Kilian Mbappe Fransa Liqa 1-in 3-cü turunda "Lill"lə oyunda (7:1) het-trik edərək rekorda imza atıb.
Liqa 1-də qollarının sayını 139-a yüksəldən 23 yaşlı hücumçu Fransa çempionatında 21-ci əsrin əm yaxşı bombardiri olub. O, 138 qol vuran keçmiş komanda yoldaşı Edinson Kavanini geridə qoyub.