Türkiyə Super Liqasında 3-cü tura yekun vurulub. Sportarena.az xəbər verir ki, sonuncu oyun günündə 3 qarşılaşma baş tutub.
“İstanbulspor” doğma meydanda “Konyaspor”a 4 cavabsız qolla uduzub. “Sivasspor” - “Alanyaspor” matçında komandalar hərəyə 1 qol və 1 xalla kifayətləniblər. “Fənərbaxça” isə “Adana Dəmirspor”u məğlub yola salıb - 4:2.
3 turdan sonra 7 xala malik “Fənərbaxça”, “Başakşəhər”, “Beşiktaş” və “Qaziantep” zirvəyə şərikdir. “Antalyaspor”, “Adana Dəmirspor”, “Girəsunspor”, “Qalatasaray” və “Trabzonspor”un isə 6 xalı var.