"Viktoriya"nın (Plzen) baş məşqçisi Mixal Bilek "Qarabağ" üzərindəki 2:1 hesablı qələbədən sonra matçla bağlı danışıb.
Sportarena.az xəbər verir ki, çexiyalı mütəxəssis Ağdam klubu ilə görüş barədə bu cür danışıb:
"Oyunun ilk dəqiqələrində qol epizodlarından istifadə edə bilmədik. Sonradan isə qol buraxdıq. Amma komanda ruhdan düşmədi. Bunu isə yüksək qiymətləndirirəm. Əslində, bu, böyük uğurdur. İstədiyimizə nail olduq. Plzendə Çempionlar Liqası oyunları keçiriləcək, bu da böyük uğurdu.
Belə komandaya rəhbərlik etdiyim üçün fəxr edirəm. Çempionlar Liqasında oynamaq bizim haqqımızdır. Titul qazananda böyük nailiyyət olur. Qrupa düşmək də buna bərabərdir. Azarkeşlərimiz də stadionda çox yaxşı atmosfer yaratmışdı. Uzun müddət bayram etmək üçün vaxtımız yoxdu. Çünki həftəsonu oyunumuz olmalıdı. Biz avrokuboklara hazırlaşdığımız kimi, çempionat matçlarına da o qədər ciddi yanaşırıq".