Prezidentin köməkçisi: "Qarabağ"la həmişə fəxr edirik!"

11:33 24 Avqust 2022

Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Tvitter səhifəsində "Qarabağ"la bağlı paylaşım edib.

O, Ağdam klubunun Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda "Viktoriya"ya uduzmasından sonra yazıb: “Komandamızla həmişə fəxr edirik! Uğurlar, "Qarabağ!”

Xatırladaq ki, Bakıda Çexiya klubu ilə qolsuz heç-heçə edən "Qarabağ" Plzendəki görüşdə 1:2 hesabı ilə uduzaraq Çempionlar Liqasındakı çıxışını dayandırıb. Komanda mübarizəni Avopa Liqasının qrup mərhələsində davam etdirəcək.


Digər xəbərlər

Xəbər xətti