"Fənərbaxça" Maks Mayerlə yollarını ayırıb.
Sportarena.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, almaniyalı futbolçunun müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.
Almaniya millisinin sabiq üzvü 2021-ci ilin sentyabrında "Fənərbaxça"ya keçmişdi.