"Oyuna yaxşı hazırlamışdıq, yaxşı mübarizə apardıq".
Bu sözləri "Qarabağ"ın futbolçusu Bəhlul Mustafazadə Çempionlar Liqasının pley-off mərhələsində "Viktoriya"ya 1:2 hesabı ilə uduzduqları cavab oyunundan sonra "CBC Sport"a açıqlamasında deyib.
O, ÇL-in qrup mərhələsinə vəsiqə qazana bilmədikləri üçün təəssüfləndiyini vurğulayıb: "Matça yaxşı hazırlaşmışdıq. Mərhələ adlamağı çox istəyirdik. Komanda şəklində vuruşduq və əlimizdən gələni etdik. Amma alınmadı. Avropa Liqasında qələbələr qazanmağa çalışacağıq. Bu gün xalqımızı sevindirə bilmədik. Bütün azarkeşlərə dəstək olduqları üçün təşəkkür edirəm".
Qeyd edək ki, "Qarabağ" mübarizəni Avropa Liqasının qrup mərhələsində davam etdirəcək.