"Səhvlərimdən dərs çıxarmışam" - Renat Dadaşov

15:13 24 Avqust 2022

“İntizamlı olmaq hobbimdir. Ətrafımda nəsə baş verəndə xoşum gəlmir”. Bunu Azərbaycan millisinin futbolçusu Renat Dadaşov deyib.
 
Yay fasiləsində “Vulverhempton”dan “Qrasshoppers”ə transfer olunan 23 yaşlı hücumçu İsveçrə mətbuatına müsahibəsində yeni komandasında özünü yaxşı hiss etdiyini bildirib: “Vurduğum hər qolla özümə və hər kəsə eyni olduğumu göstərirəm. Hər məşqdə gücümüzün yüz faizindən çoxunu veririk. Hamımız yaxşı işçi, eyni zamanda yaxşı futbolçularıq. Burada özümü çox rahat hiss edirəm. Bura böyük cəmiyyətdir. Bu qədər tez uyğunlaşacağımı düşünməzdim. Ümid edirəm ki, zaman keçdikcə çıxışıma görə qiymət veriləcək. Səhvlərimdən dərs çıxarmışam. Yaşadığım təcrübələr məni yaxşılaşdırdı”. 


Digər xəbərlər

Xəbər xətti