Qurban Qurbanov: "Mən Şahruddinin yanındayam"

16:29 24 Avqust 2022

“Şahruddin çox məyusdur. Amma mən onun yanındayam".

Bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının pley-off mərhələsində "Viktoriya" səfər oyunundan (1:2) sonra Bakıya qayıdarkən hava limanındakı açıqlamasında deyib.

O, Çexiya klubu ilə görüşdə qapıçı Şahruddin Məhəmmədəliyevin buraxılan brinci qolda kobud səhvə yol verməsinə və onun kəskin tənqid olunmasına münasibət bildirib: "O, ən güvəndiyim futbolçulardan biridir.  Şahruddin öz üzərində ən çox işləyən futbolçularımızdan biridir".

Q.Qurbanov qarşıdakı günlərdə heyətə yeni oyunçu cəlb etmək istədiklərini də əlavə edib: "İstəyirik ki, komandada oyunçu sayı çox olsun ki, bacarıqlı futbolçuların da sayı artsın. Düzdür, çox az vaxt qalıb, ancaq imkan olduğu dərəcədə nəsə bir addım atacağıq”. 


Digər xəbərlər

Xəbər xətti