“Qarabağ”ın Avroliqada 8 potensial rəqibi müəyyənləşib

10:00 25 Avqust 2022

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsinin püşkatması zamanı səbəti müəyyənləşib.

Sportarena.az xəbər verir ki, Ağdam təmsilçisi 2-ci səbətdə yer alacaq.

Buna reytinqdə “Qarabağ”dan üstün olan “Kopenhagen” (Danimarka) və “Dinamo” Zaqrebin (Xorvatiya) ÇL-in qrupuna düşməsi səbəb olub. Onların mübarizədən kənarlaşdırdığı “Trabzonspor” (Türkiyə) və “Büdo Qlimt”in (Norveç) Ağdam təmsilçindən reytinqdə geridə olması “Qarabağ”ın 2-ci səbətdəki yerini dəqiqləşdirib.

Hələlik 2-ci səbətdə “Qarabağ”la yanaşı “Renn” (Fransa), PSV (Niderland), “Monako” (Fransa), “Real Sosyedad”ın (İspaniya) da yer alacağı dəqiqləşib. Bu səbətin digər klubları AL-in bugünkü pley-off matçlarından sonra müəyyənləşəcək. 2-ci səbətdən heç bir klub “Qarabağ”a rəqib olmayacaq.  

1-ci səbətin tərkibi isə belədir: “Roma” (İtaliya), “Mançester Yunayted” (İngiltərə), “Arsenal” (İngiltərə), “Latsio” (İtaliya), “Braqa” (Portuqaliya), “Srvena Zvezda” (Serbiya), “Dinamo” (Ukrayna). Sonuncu 8-ci iştirakçı “Feyenoord” (Niderland) və ya qrupa düşəcəyi halda “Olimpiakos” (Yunanıstan) ola bilər. Bu komandalardan biri “Qarabağ”a rəqib olacaq.

 

Qeyd edək ki, qrup mərhələsinin püşkü avqustun 26-da atılacaq. Mərasim Bakı vaxtı ilə saat 15:00-da başlanacaq. 

Püşkatmada 32 komanda iştirak edəcək ki, onlardan 22-si artıq müəyyənləşib:

"Roma” (İtaliya)

“Mançester Yunayted” (İngiltərə)

“Arsenal” (İngiltərə)

“Latsio” (İtaliya)

“Braqa” (Portuqaliya)

“Feyenoord” (Niderland)

“Renn” (Fransa)

“Real Sosyedad” (İspaniya)

“Betis” (İspaniya)

“Union” (Almaniya)

“Frayburq” (Almaniya)

“Nant” (Fransa)

“Monako” (Fransa)

“Şturm” (Avstriya)

“Yunion” (Belçika)

“Mityülland” (Danimarka)

“Srvena Zvezda” (Serbiya)

“Dinamo” (Kiyev, Ukrayna)

“Qarabağ” (Azərbaycan) 

“Trabzonspor” (Türkiyə)

“Büdo Qlimt” (Norveç)

“PSV Eyndhoven” (Niderland)

Qrupun son 10 iştirakçısının adına AL-in pley-off mərhələsinin bugünkü cavab oyunlarından sonra aydınlıq gələcək. 


Digər xəbərlər

Xəbər xətti