Bu gün Avropa Liqasında pley-off mərhələsinin cavab oyunları keçirilib.
Bununla da qrup mərhələsinə vəsiqə qazanacaq sonuncu 10 komandanın məlum olub. "Fənərbaxça" "Austriya"nı (Vyana), "Sivasspor" isə "Malmö"nü qəbul edib.
Qeyd edək ki, daha əvvəl 22 komanda qrup mərhələsində iştirakı təmin edib. Bunlar UEFA reytinqində daha yüksək mövqeyə malik ölkələrin təmsilçiləri olduqlarına görə turnirə birbaşa vəsiqə qazananlar və Çempionlar Liqasının pley-off mərhələsində mübarizəni dayandıranlardır. Onların arasında təmsilçimiz "Qarabağ" da var.
UEFA Avropa Liqası, pley-off mərhələsi
Cavab oyunları
19 avqust
20:00 "AEK" (Larnaka, Kipr) - "Dnepr-1" (Ukrayna) 3:0
İlk oyun - 2:1.
20:00. "Jalgiris" (Litva) - "Lüdoqorets" (Bolqarıstan) 3:3
İlk oyun - 0:1.
20:30. "Silkeborq" (Danimarka) - "HİK" (Finlandiya) 1:1
İlk oyun - 0:1.
21:00. "Fənərbaxça" (Türkiyə) - "Austriya" (Vyana, Avstriya) 4:1
İlk oyun - 2:0
21:00. "Omoniya" (Kipr) - "Gent" (Belçika) 2:0
İlk oyun - 2:0
21:00. "Şerif" (Moldova) - "Pünik" (Ermənistan) 0:0 (Penaltilər 3:2)
İlk oyun - 0:0
21:00. "Sivasspor" (Türkiyə) - "Malmö" (İsveç) 0:2
İlk oyun - 1:3
23:00. "Harts" (Şotlandiya) - "Sürix" (İsveçrə) 0:1
İlk oyun - 1:2
23:00. "Olimpiakos" (Yunanıstan) - "Apollon" (Kipr) 1:1 (Penaltilər 3:1)
İlk oyun - 1:1
23:00. "Şemrok Rovers" (İrlandiya) - "Ferentsvaroş" 1:0
İlk oyun - 0:4.