İngiltərə millisinin sabiq üzvü "Beşiktaş"la 1 illik müqavilə imzalayacaq

15:34 25 Avqust 2022

"Everton"un "Beşiktaş"la razılaşan futbolçusu Dele Alli Türkiyə təmsilçisi üçün İstanbula gəlib. 

D.Alli "Beşiktaş"da icarə əsasında çıxış edəcək və onunla 1 illik müqavilə imzalanacaq. "Beşiktaş" keçidə görə "Everton"a pul ödəməyəcək. Lakin klub oyunçunun mövsümün sonuna qədər bütün maaşını qarşılayacaq. 

Qeyd edək ki, D.Alli 2015-2022-ci illərdə "Tottenhem"də oynayıb və daha sonra "Everton"a transfer olunub. O, İngiltərə millisi ilə 37 matçda meydana çıxıb. 


Digər xəbərlər

Xəbər xətti