Ötən mövsümün ən yaxşı baş məşqçisi müəyyənləşdi

21:08 25 Avqust 2022

Ötən mövsümün ən yaxşı baş məşqçisi müəyyənləşib.

Sportarena.az xəbər verir ki, bu, "Real"ın baş məşqçisi Karlo Ançelottidir. UEFA prezidenti Aleksander Çeferin italyan mütəxəssisə mükafatı təqdim edib.

Bu ada "Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola və "Liverpul"un çalışdırıcısı Yurgen Klopp da namizəd idi.

Mövsümün ən yaxşı qadın məşqçisi isə İngiltərə yığmasına başçılıq edən Sarina Viqman seçilib.


Xəbər xətti