Moldova Azərbaycanlıları Konqresi "Qarabağ Azərbaycandır!" adlı aksiya keçirib.
Sportarena.az "AZƏRTAC" istinadən xəbər verir ki, 100-ə yaxın soydaşımız UEFA Avropa Liqasının pley-off mərhələsində Kişinyovda keçirilən “Şerif” (Moldova)-“Pünik” (Ermənistan) qarşılaşmasında ingilis və Azərbaycan dillərində yazılan “Qarabağ Azərbaycandır!” şüarı olan köynək geyinərək Moldova komandasına dəstək olublar.
Aksiyada Azərbaycan və Moldovanın dövlət bayraqları dalğalandırılıb.
Qeyd edək ki, "Şerif" penaltilərlə rəqibinə məğlub edərək UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.