AFFA I Divizion klublarını cərimələdi

14:16 26 Avqust 2022

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Sportarena.az xəbər verir ki, iclasda birinci divizionun ilk turunda baş verənlərlə bağlı aşağıdakı qərarlar qəbul edilib:

“Turan Tovuz-2” – “Şamaxı-2” oyununda oyun öncəsi “Şamaxı-2” klubunun nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün klub 80 manat cərimə olunur.

MOİK – “Zaqatala” oyununda oyun öncəsi polis nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün meydan sahibi klub 40 manat cərimə olunur.

MOİK – “Zaqatala” oyununda təcili tibbi yardım nümayəndəsi oyuna təyin olunan vaxtdan gec gəldiyi üçün meydan sahibi klub 160 manat cərimə olunur.

“Mingəçevir” – “Neftçi-2” oyununda xərəkdaşıyan şəxslərin say limiti pozulduğu üçün meydan sahibi klub 80 manat cərimə olunur.

“Qəbələ-2” – “İmişli” oyununda oyun öncəsi polis nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün meydan sahibi klub 40 manat cərimə olunur.

“Qəbələ-2” – “İmişli” oyununda oyun öncəsi “İmişli” klubunun nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün klub 80 manat cərimə olunur.

“Qəbələ-2” – “İmişli” oyununda “İmişli” klubu stadiona təyin olunan vaxtdan gec gəldiyi üçün klub 80 manat cərimə olunur (maddə 54).

“Qaradağ Lökbatan” – “Səbail-2” oyununda oyun öncəsi “Qaradağ Lökbatan” klubunun nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün klub 80 manat cərimə olunur.

“Qaradağ Lökbatan” – “Səbail-2” oyununda təcili tibbi yardım nümayəndəsi oyuna təyin olunan vaxtdan gec gəldiyi üçün meydan sahibi klub 160 manat cərimə olunur.

​“Qaradağ Lökbatan” – “Səbail-2” oyununda “Səbail-2” klubu vaxtında protokolu tərtib etmədiyi üçün klub 80 manat cərimə olunur.


Digər xəbərlər

Xəbər xətti