17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının avqustun 28-dən sentyabrın 2-dək Bakıda, 2-dən 7-dək isə Bolqarıstanın paytaxtı Sofiya şəhərində təlim-məşq toplanışı olacaq.
Sportarena.az xəbər verir ki, millimiz təlim-məşq toplanışı çərçivəsində sentyabrın 4-də və 7-də Bolqarıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoldaşlıq oyunu keçirəcək.
Yoldaşlıq oyunları üçün yekun heyət Bakı toplanışından sonra müəyyənləşəcək. Komandada yalnız bir legioner - "Riqa"nın qapıçısı Hüseynov Osman yer alacaq.