Azərbaycan Premyer Liqasında 4-cü tura yekun vurulub.
Sportarena.az xəbər verir ki, son oyun günündə turun mərkəzi matçı keçirilib.
Mövsümə uğurlu start verən iki komanda Qəbələdə üz-üzə gəlib. "Sabah" "Qəbələ"nin qonağı olub. Paytaxt təmsilçisi səfər matçında 2:0 hesabı ilə qalib gələrək xallarını 12-ə çatdırıb və vahid lider olub.
“Qəbələ” – “Sabah” - 0:2
Qollar: Davit Volkov, 48, Coy Lens Mikels, 64
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Kamal Umudlu
Qəbələ şəhər stadionu
27 avqust (şənbə)
“Qarabağ” – “Şamaxı” - 4:0
“Səbail” – “Kəpəz” - 4:1
26 avqust (cümə)
“Neftçi” – “Zirə” - 2:1
“Sumqayıt” – “Turan Tovuz” - 0:0