“İki fərqli hissə izlədik. Birinci hissədə üstünlük daha çox bizdə olsa da, yaratdığımız qol imkanlarını dəyərləndirməkdə çətinlik çəkdik".
Bu sözləri "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Premyer Liqanın 4-cü turunda bu gün "Sabah"la keçirilən oyundan sonra mətbuat konfransında deyib.
O, evdə uduzduqları matçı (0:2) belə şərh edib: "Ümumi götürəndə komandanın oyunundakı dinamika xoşuma gəldi. Çalışırdıq ki, daha çox hücumda oynayaq. Məğlubiyyəti düzgün analiz edəcəyik. Qarşıdakı turlarda daha da yaxşı olmağa çalışacağıq”.