"İlk yarıda ən yaxşı oyunumuzu göstərə bilmədik. Komandada gərginlik var idi".
Bu sözləri "Sabah"ın baş məşqçisi Murad Musayev Azərbaycan Premyer Liqasının 4-cü turunun "Qəbələ" ilə görüşündən sonra mətbuat konfransında deyib.
O, səfərdə qazanılan 2:0 hesablı qələbəni belə şərh edib: "Birinci hissənin sonlarında Davit Volkovun qol epizodunu qeyd edə bilərəm. İkinci hissədə yaxşı hazırlanmış, düşünülmüş, kombinassiyalı qollarımızı vurduq. Bu qələbəyə görə şadam. Biz əvvəlki turlarda da layiq olduğumuz qələbələr qazanmışdıq. Oyunun məsuliyyəti məncə, bizi bir az sıxırdı".
Rusiyalı mütəxəssis Coy Lens Mikelsin qol vurduqdan sonra rəqib komandanın azarkeşlərini təxribata çəkməsinə də toxunub: "Həmin epizodu görmədim. Amma düşünmürəm ki, o, bunu bilərəkdən edib. Biz heç kimi təxribata çəkmək fikrində deyilik. Yəqin ki, vurduğu qolu rəqib azarkeş qarşısında qeyd etmək doğru deyildi. Əminəm ki, bu, emosialardır. İnanmıram ki, o, bunu "Qəbələ" azarkeşlərini üzmək üçün etsin".