Fransa çempionatı: PSJ yeni mövsümdə ilk dəfə xal itirdi

09:44 29 Avqust 2022

Fransa çempionatında 4-cü tura yekun vurulub. Sportarena.az xəbər verir ki, daha 7 qarşılaşma baş tutub.

“Nant” “Tuluza”nı, “Loryan” “Klermon”u, “Trua” “Anje”ni məğlub yola salıb. Səfərdə “Brest”lə qarşılaşan “Monpelye” 7 cavabsız qola sevinib. Marsel “Olimpik”i səfərdə “Nitsa”nı 3 cavabsız qolla məğlub edib.  Lion “Olimpik”i isə “Reyms”lə səfər oyununda xal itirib. 

Turun mərkəzi oyunu lider PSJ ilə “Monako” arasında baş tutub. Paris təmsilçisi bu matçda yeni mövsümdəki ilk xal itkisi ilə üzləşib.

4 turdan sonra 10 xalı olan PSJ, Marsel “Olimpik”i və “Lans” zirvəyə şərikdirlər. Lion “Olimpik”i, “Loryan”, “Lill” və “Oser”in isə 7 xalı var.

Fransa, Liqa 1
4-cü tur

28 avqust

Nant – Tuluza 3:1
Qol: Gessand, 50. M.Məhəmməd, 55. Simon, 61 – Abuxlal, 15.

Brest – Monpelye 0:7
Qol: Mauassa, 6. Vahi, 10; 31. Xazri, 11. Kotsa, 25. Jermen, 64; 84.

Loryan – Klermon 2:1
Qol: Moffi, 24; 41 – Çam, 62.

Nitsa – Olimpik (Marsel) 0:3
Qol: A.Sançes, 10; 42. Tavares, 37.

Trua – Anje 3:1
Qol: Ripar, 12. Balde, 61. Odober, 82 – Dioni, 67.

Reyms – Olimpik (Lion) 1:1
Qol: İto, 24 – Dembele, 86.

PSJ – Monako 1:1
Qol: Neymar, 70-pen – Folland, 20. 


Digər xəbərlər

Xəbər xətti