"Kəpəz" baş məşqçisi Yaşar Vahabzadə ilə müqaviləyə xitam verib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Yaşar Vahabzadə ilə yanaşı onun köməkçiləri də komandadan göndərilib.
Gəncə təmsilçisinin açıqlamasında bildirilib: "Klubumuzun rəhbərliyi əsas komandanın baş məşqçisi Yaşar Vahabzadə ilə görüşüb. Görüşdə komandanın nəticələri təhlil olunub və qarşılıqlı razılıq əsasında Yaşar Vahabzadə, eləcə də məşqçilər korpusuna daxil olan məşqçilər ilə müqaviləyə xitam verilib".
Yaşar Vahabzadə 2019-cu ildən "Kəpəz"i çalışdırırdı.
Qeyd edək ki, "Kəpəz" bu mövsüm Premyer Liqada keçirdiyi 4 oyunun hamısında uduzub və komanda sonuncu - 10-cu pillədə qərarlaşıb.