İtaliya A Seriyasında 3-cü tura yekun vurulub. Sportarena.az xəbər verir ki, daha dörd qarşılaşma baş tutub.
Günün ən maraqlı oyunlarından hesab olunan “Fiorentina” - “Napoli” matçında qapılara qol vurulmayıb. “Leççe” - “Empoli” matçında da qalib müəyyənləşməyib. “Salernitana” doğma meydanda “Sampdoriya”nı 4 cavabsız qolla yenib. Səfərdə “Verona” ilə qarşılaşan “Atalanta” isə 3 xalı tək qolla qazanıb.
3 turdan sonra 7 xala malik 6 “lider” var – “Napoli”, “Milan”, “Latsio”, “Atalanta”, “Torino” və “Roma”. “İnter” 6 xalla 7-cidir. “Yuventus”la “Fiorentina”nın isə 5 xalı var.
İtaliya A Seriyası
3-cü tur
28 avqust
Salernitana – Sampdoriya 4:0
Qol: Dia, 7. Bonatsoli, 16. Vilyena, 50. Botheym, 76.
Verona – Atalanta 0:1
Qol: Koopmeyners, 50.
Fiorentina – Napoli 0:0
Leççe – Empoli 1:1
Qol: Strefetsa, 40 – Parisi, 23.