Dadaşovlu “Şalke” doğma meydanda xalsız qaldı

13:20 29 Avqust 2022

Futbol üzrə Almaniyanın Qərb Regional Liqasında 6-cı turun oyunları keçirilib. Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun şərəfini qoruduğu “Şalke”nin ikinci komandası da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv evdə “Kaan-Marienborn”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 1:2.
 
Rüfət də bu oyunun iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 64-cü dəqiqədə əvəzlənib.
 
“Şalke”nin ikinci komandası 6 turdan sonra 7 xalla 18 kollektiv arasında 10-cu pillədə qərarlaşıb. 


Digər xəbərlər

Xəbər xətti