"Fənərbaxça"dan ayrıldı, “Fatih Karagümrük”lə anlaşdı

14:00 29 Avqust 2022

"Fənərbaxça"dan ayrılan futbolçu Stiven Kokerin yeni klubu müəyyənləşib.

30 yaşlı müdafiəçi karyerasını digər Superliqa təmsilçisi “Fatih Karagümrük”də davam etdirəcək. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Sierra Leone millisinin üzvü olan oyunçu ilə 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Stiven 2 gün əvvəl "Fənərbaxça"dan ayrılıb. 


Digər xəbərlər

Xəbər xətti