"Qarabağ" İbrahim Vadjinin gedişindən sonra hücumdakı boşluğu sabiq forvardlarından biri ilə doldurmaq istəyir.
Ağdam klubu "Dinamo"nun forvardı Mahir Emreli ilə yaxından maraqlanır. Mənbənin iddiasına görə, "Qarabağ" milli komandamızın hücumçusunu bir mövsümlük icarəyə götürəcək.
Xorvatiya çempionatının son üç turunda ehtiyat skamyada əyləşən Emrelinin də oynamaq üçün başqa komandaya icarəyə yollanmaq istəyində olduğu iddia edilir.
"Qarabağ"ın Zaqreb klubu ilə danışıqları müsbət yekunlaşsa, Mahir qarşıdakı mövsümü icarə əsasında Azərbaycan çempionun heyətində keçirəcək.
Xatırladaq ki, Emrelinin "Dinamo" ilə 2026-cı ilin iyunun 30-na qədər müqaviləsi qüvvədədi. (sportal)