"Turan Tovuz" heyətinə daha bir futbolçu cəlb edib.
Sportarena.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, nigeriyalı yarımmüdafiəçi Henri Okebuqvu ilə 1 illik müqavilə bağlanıb.
Karyerasını əsasən Albaniya çempionatında keçirən 24 yaşlı futbolçu “Eqnatiya”, “Partizani”, “Kastrioti”də forma geyinib. Henri Nigeriyanın aşağı yaş qrupları üzrə milli komandalarında da çıxış edib.