London klubu "Lion"un futbolçusunu 60 milyon avroya transfer etdi

00:30 30 Avqust 2022

İngiltərənin "Vest Hem" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportarena.az xəbər verir ki, London təmsilçisi "Lion"un yarımmüdafiəçisi Lukas Paketanı transfer edib. Bu barədə jurnalist Fabritsio Romano məlumat verib.

 

Premyer Liqa klubu Braziliya millisinin üzvü ilə 5 illik müqavilə imzalayacaq. "Vest Hem" 25 yaşlı futbolçu üçün Fransa klubuna 60 milyon avro ödəyəcək.

 

Qeyd edək ki, "Lion" Lukas Paketanı 2020-ci ilin yayında "Milan"dan transfer edib. Oyunçu Liqa 1 təmsilçisinin heyətində meydana çıxdığı 8- matçda 21 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb. 


Digər xəbərlər

Xəbər xətti