"Qarabağ" İbrahima Vadjini "Sent-Etyen"ə satıb.
Sportarena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidmətində məlumat yerləşdirilib. Məlumatda bunlar qeyd edilib:
"Əldə olunmuş razılığa əsasən, komandamızın hücumçusu İbrahima Vadji Fransanın "Sent Etyen" klubuna transfer olub. Ötən mövsüm komandamıza transfer olmuş seneqallı futbolçu keçirdiyi 36 oyunda 20 qol vurub və 4 məhsuldar ötürmə edib. İbrahima Vadjiyə göstərdiyi xidmətlərə görə təşəkkür edir və gələcək karyerasında uğurlar arzulayırıq!".