Malik rəsmən “Milan”da

11:46 30 Avqust 2022

İtaliyanın “Milan” klubu heyətini yeni futbolçu ilə gücləndirib. A Seriyası təmsilçisi Almaniyanın “Şalke” klubunun müdafiəçisi Malik Tiavı transfer edib.
 
Bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar. 21 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb. Transferin digər detalları açıqlanmır.
 
Malik Tiav “Şalke”nin öz yetirməsidir. O, 2020-ci ildən bu klubun əsas komandasında forma geyinirdi. Almaniyalı futbolçu bu komandada 61 oyuna çıxıb, 3 qol vurub. Mərkəz müdafiəçisi Almaniyanın U-21 yığmasında da forma geyinir. 


Digər xəbərlər

Xəbər xətti