Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 21-ci əsrin ilk 10 illiyində ən çox qol vuran müdafiəçilərin siyahısını açıqlayıb.
1-ci pillədə Yaponiya millisinin sabiq üzvü Markus Tanakadır. O, 2001-ci ilin 1 yanvarından 2010-cu ilin 31 dekabrınadək 58 qola imza atıb.
Daniel van Bayten 2-ci (Belçika, 57 qol), Con Arne Rays isə 3-cüdür (Norveç, 55 qol).
İlk 10-luq belədir:
1. Markus Tanaka (Yaponiya) - 58 qol
2. Daniel van Bayten (Belçika) - 57 qol
3. Con Arne Rays (Norveç) - 55 qol
4. Roberto Karlos (Braziliya) - 55 qol
5. Hektor Altamirano (Meksika) - 52 qol
6. Daniel Maystoroviç (İsveç) - 52 qol
7. Dariyo Srna (Xorvatiya) - 49 qol
8. Dedi ben Dayan (İsrail) - 47 qol
9. Con Terri (İngiltərə) - 44 qol
10. Dieqo Luqano (Uruqvay) - 42 qol