Futbol üzrə Ukrayna Premyer Liqasında 2-ci turun oyunları keçirilir. Azərbaycanlı futbolçu Emil Mustafayevin formasını geyindiyi “Aleksandriya” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv evdə “Minay”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 2:1.
Emil bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.
“Aleksandriya” 2 turdan sonra 6 xalla 16 iştirakçı arasında 4-cü pillədə qərarlaşıb.