Misli Premyer Liqasında “Neftçi” ilə “Səbail” arasında keçiriləcək matçın yeri dəyişdirilib.
Sportarena.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, "Bakcell Arena"nın qazonunda aparılacaq yeniləmə işləri ilə əlaqədar “Neftçi” 7-ci turda “Səbail”lə matçını səfərdə oynanılmasını istəyib.
"Səbail" buna razılıq verdiyindən, ilk dövrənin oyunu "ASCO Arena"da baş tutacaq.
İkinci dövrənin 15-ci turundakı “Neftçi” “Səbail” oyunu isə "Bakcell Arena"da oynanılacaq.