“Artıq İbrahima Vadji “Sent-Etyen”in futbolçusudur. Bu transferlə “Qarabağ” Azərbaycan futbol tarixinin ən bahalı satışını gerçəkləşdirdi”.
Bu sözləri Qol.az saytına açıqlamasında “Qarabağ”ın baş meneceri Asif Əsgərov deyib. Onun sözlərinə görə, Ağdam klubu Vadjinin transferindən 1 milyon 600 min avro gəlir götürəcək. Vadji bu gün Fransanın “Sent-Etyen” klubu ilə 3 illik müqavilə bağlayıb.
Qeyd edək ki, daha öncə də Azərbaycan futbolu üçün transfer satışında rekord “Qarabağ”a məxsus idi. Ağdam klubu 2010-cu ildə Vaqif Cavadovu 1 milyon avroya “Tvente”yə (Niderland) satmışdı. 2018-ci ildə isə Dino Ndlovunun Çinin “Çjetyan Qrintaun” klubuna satışından 600 min avro gəlir götürülüb.