"Sent-Etyen"ə (Fransa) transfer olunan İbrahima Vadji ayrıldığı "Qarabağ" və klubun azarkeşləri ilə vidalaşıb.
Seneqallı hücumçu özünün "İnstaqram" səhifəsindən klubla şəklini paylaşaraq bu sözləri yazıb: "Bütün "Qarabağ" ailəsinə, klubda çalışanlara, əziz qardaşlarıma və bütün "Qarabağ" azarkeşlərinə salam! Bu, bir vida məktubudur. Təəssüf ki, gözlənilməz səfərim səbəbimdən bunu sizinlə üzbəüz deyə bilmirəm. Amma bilin ki, özümlə, kollektiv emosiyalarını və çoxlu gözəl anlar aparıram. Tez bir zamanda bitsə də bu, insani keyfiyyətlər və peşə baxımında böyük bir macəra idi. Qalan hər şeydə uğurlar, təşəkkürlər!".
Qeyd edək ki, Vadji bu gün "Sent-Etyen"lə 3 illik müqavilə imzalayıb.