Türkiyənin "Trabzonspor" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Sportarena.az xəbər verir ki, Qara Dəniz təmsilçisi "Ayaks"ın yarımmüdafiəçisi Naci Ünüvarı heyətinə qatıb. Bu barədə Super Liqa klubunun mətbuat xidməti məlumat yayıb.
19 yaşlı futbolçu 2022/2023 mövsümünü icarə əsasında "Trabzonspor"da keçirəcək.
Qeyd edək ki, Naci Ünüvar "Ayaks"ın yetirməsidir. Türk əsilli niderlandlı oyunçu Amsterdam təmsilçisinin əsas komandasının heyətində 3 matçda meydana çıxıb və 1 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.