21 yaşlı gürcü futbolçu "Bordo" ilə anlaşdı

21:37 30 Avqust 2022

Batumi "Dinamo"sunun yarımmüdafiəçisi Zuriko Davitaşvili karyerasını Fransada davam etdirəcək.

21 yaşlı oyunçu mövsümün sonunadək icarə əsasənda "Bordo"da çıxış edəcək. Bu barədə Liqa 2 təmsilçisinin rəsmi saytı məlumat yayıb.

"Bordo" mövsümün sonunda oyunçunun transfer hüquqlarına da yiyələnə bilər.

Qeyd edək ki, Tbilisi "Dinamo"sunun yetirməsi olan Davitaşvili Gürcüstan millisinin də üzvüdür. Onun Batumi təmsilçisi ilə müqaviləsinin müddəti 2024-cü ilin yayına qədərdir. 


Digər xəbərlər

Xəbər xətti