“Tottenhem” argentinalı futbolçu transfer etdi

22:56 30 Avqust 2022

İngiltərənin "Tottenhem" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportarena.az xbər verir ki, Premyer Liqa təmsilçisi "Atalanta"dan Kristian Romeronu transfer edib. Bu barədə London klubunun rəsmi saytı məlumat yayıb.

 

"Tottenhem" 24 yaşlı mərkəz müdafiəçisi ilə 5 illik müqavilə imzalayıb. İngilislər argentinalı futbolçu üçün "Atalanta"ya 50 milyon avro ödəyib.

 

Qeyd edək ki, Kristian Romero son mövsümü icarə əsasında "Tottenhem"də keçirib. Argentina millisinin üzvü paytaxt klubunun heyətində meydana çıxdığı 30 matçda 1 qol vurub. 


Digər xəbərlər

Xəbər xətti