Türkiyə Futbol Federasiyasının binasına silahlı hücum

08:27 2 Sentyabr 2022

Türkiyə Futbol Federasiyasının (TFF) binasına silahlı hücum olub.

 

Sportarena.az xəbər verir ki, yerli vaxtla 17:50-18:00 aralığında qurumun İdarə Heyətinin iclası keçirdiyi vaxt silahdan 5 güllə atılıb.

 

Silahlılar daha sonra maşına əyləşərək hadisə yerindən qaçıblar. İnsident nəticəsində ölən və ya yararlanan olmayıb. Polis araşdırmaya başlayıb. 


Digər xəbərlər

Xəbər xətti