İngiltərə çempionatı: “Mançester Yunayted” səfərdə "Lester Siti"ni məğlub etdi

10:10 2 Sentyabr 2022

İngiltərə Premyer Liqasında 5-ci tura yekun vurulub. Sonuncu oyun günündə bir qarşılaşma baş tutub.

Səfərdə “Lester Siti” ilə qarşılaşan “Mançester Yunayted” ilk yarıda vurduğu yeganə qol sayəsində meydanı qalib tərk edib.

5 turdan sonra maksimum nəticə göstərən yeganə komanda – “Arsenal” 15 xalla zirvədə qərarlaşıb. Son çempion “Mançester Siti” 13 xalla 2-cidir. Üçüncü pillədəki “Tottenhem”in isə 11 xalı var. “Brayton” 10 xalla 4-cü, “Mançester Yunayted” 9 xalla 5-ci, “Liverpul” 8 xalla 6-cıdır.

İngiltərə Premyer Liqası
5-ci tur

Lester Siti – Mançester Yunayted 0:1
Qol: C.Sanço, 23. 


Digər xəbərlər

Xəbər xətti