“Fənərbaxça” üç futbolçusunu icarəyə verib.
Mergim Berişa “Auqsburq”a (Almaniya), Tyaqo Çukur “Dender”ə (Belçika), Dimitrios Pelkas isə “Hall Siti”yə (İngiltərə) göndərilib.
Hər üç futbolçu 2022/23 mövsümünün sonuna kimi icarədə çıxış edəcək.
“Auqsburq” Berişanın bir mövsümlük icarəsi üçün “Fənərbaxça”ya 300 min avro ödəyəcək. Mövsümün sonunda hücumçunun birdəfəlik satın alınması da nəzərdə tutulub.
İstanbul klubuna bu yay İngiltərə “Uotford”undan transfer olunan Tyaqo Çukur “Dender”ə satınalma şərti olmadan icarəyə verilib.
2020-ci ildən “Fənərbaxça”da çıxış edən Dimitris Pelkas Yunanıstan yığmasının üzvüdür. O, “Apollon” (Kalamarias) və “Vitoriya” (Setubal) kimi klublarda da oynayıb.