Kriştiano Ronaldo son 17 ilin antirekorduna imza atdı

17:33 2 Sentyabr 2022

2022/23 mövsümü hazırda "Mançester Yunayted"də çıxış edən Kriştiano Ronaldo üçün uğursuz başlayıb. 

37 yaşlı hücumçu Premyer Liqanın ilk 5 turunda fərqlənə bilməyib. Ronaldo 2005/06 mövsümündən indiyədək ilk dəfə yerli çempionatların ilk 5 oyununda qol vurmağı bacarmayıb. 

Son dəfə belə nəticə 17 il əvvəl qeydə alınıb. qeydə alınıb. O, 2005/06 mövsümündə ilk 7 görüşdə fərqlənməyib.

Qeyd edək ki, Ronaldo 2021-ci ilin yayından "Mançester Yunayted"də oynayır. 


Digər xəbərlər

Xəbər xətti