"Məqsədimiz Azərbaycan futboluna oyunçular qazandırmaqdır" - AÇIQLAMA

23:16 3 Sentyabr 2022

"Hər iki komandanın heyəti yeni qurulub. "Turan Tovuz"un gənc və yaxşı legionerləri var. Baş məşqçiləri Ayxan Abbasov olduğuna görə "Turan Tovuz"un nə qədər ciddi rəqib olduğu bilinir".

Bu sözləri "Şamaxı"nın baş məşqçisi Vüqar Əsgərli Azərbaycan Premyer Liqasının 5-ci turunda "Turan Tovuz"a uduzduqları matç (0:1) barədə danışarkən deyib. O, oyundan sonra təşkil olunan mətbuat konfransında komandasının çıxışından razı qaldığını bildirib:

"Oyuna gəldikdə isə komandamız 90 dəqiqə üstün idi. Bir qol oyunun taleyini həll edəcəkdi. Kim soyuqqanlı olsaydı, o, qolu vura bilərdi. Təəssük ki, bu gün komandamız son nöqtəni qoya bilmədi. Hesaba baxmayaraq, komandamın əla oyun nümayiş etdirdiyini düşünürəm. Bu komanda ilə fəxr edirəm. Strategiyamızı davam etdirəcəyik. Hər rəqiblə oyuna 3 xal üçün çıxırıq. Amma potensiala baxanda "Turan Tovuz" bizə uyğun rəqib idi. Ümid sonda ölər. Sona qədər mübarizə aparacağıq. Bizim əsas məqsədimiz Azərbaycan futboluna futbolçular qazandırmaqdır. Hava şəraitini də nəzərə almalıyıq. Belə havada oynamaq çətindir. Futbolçularımla fəxr edirəm ki, bu isti havada 90 dəqiqə mübarizə apardılar. Fərdi səhvlərin üzərində işləmək olar. Komanda baxımlı oyun göstərir. Bircə sonluq yoxdur, o da ümid edirəm ki, gələcəkdə düzələr. 


Digər xəbərlər

Xəbər xətti