"Qarabağ"dan "Sent-Etyen"ə transfer olunan İbrahima Vadji mətbuat konfransı keçirib.
Sportarena.az xəbər verir ki, seneqallı forvard Fransa təmsilçisinində oynamağın onun arzusu olduğunu deyib:
“Sent-Etyen” hər bir seneqallı futbolçunun oynamaq istədiyi fantastik klubdur. Komandanın Liqa 1-dəki matçlarını izləmişəm. Bu stadionda oynamaq arzum idi”.
Qeyd edək ki, İbrahima Vadji "Sent-Etyen"lə 3 illik müqavilə imzalayıb.