PSJ “Qarabağ”ın rəqibinə böyük hesabla qalib gəldi

01:54 4 Sentyabr 2022

Fransa Liqa 1-də 6-cı tura start verilib. 

Sportarena.az xəbər verir ki, ilk oyun günündə 3 matç keçirilib. "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan "Nant" doğma meydanda PSJ ilə qarşılaşıb və böyük hesabla uduzub - 0:3.

Qeyd edək ki, hazırda turnir cədvəlinə 16 xalla PSJ liderlik edir. Eyni xalı olan "Marsel" 2-ci, "Lion" isə 13 xalla 3-cüdür. 6 xalı olan "Nant" 10-cu pillədə qərarlaşır. 

Fransa Liqa 1-i, 6-cı tur

"Nant" - PSJ - 0:3

Qollar: Mbappe, 18, 54, Mendeş, 68

"Lion" - "Anje" - 5:0

Qollar: Ekambi, 31, 59, Lakazett, 38, Lukeba, 62, Dembele, 88

"Oser" - "Marsel" - 0:2

Qollar: Gerson, 8, A.Sançes, 84 


Digər xəbərlər

Xəbər xətti