"Levandovski fantastik oyunçudur" - "Barselona"nın baş məşqçisi

12:05 4 Sentyabr 2022

"Barselona"nın baş məşqçisi Xavi Ernandes futbolçusu Robert Levandovski haqqında danışıb.

O, La Liqanın ilk 4 turunda 5 qola imza atan forvardı tərifləyib:

“Söhbət təkcə qoldan deyil, onun verdiyi ötürmələrdən, vəziyyətə nəzarət etməsindən, matçın tempini idarə etməsindən, qərarlar qəbul etməsindən gedir... Levandovski fantastik oyunçudur. O, bizə çox kömək edir. Levandovskinin liderlik keyfiyyətləri var. Hər kəsə kömək edir. O, təvazökardır. Onun komandada olması əladır”.

Qeyd edək ki, Levandovski "Barselona"ya bu yay "Bavariya"dan keçib. 


Xəbər xətti